media-493717383_1364507718158430_2119944860090496878_n
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
…Dəhlizdə dayanmışam. Gərginlik və həyəcandan bədənim uçunur, sanki tir-tir əsirəm. Dil-dodağım təpiyib, boğazım kilidlənib, udquna bilmirəm. Belə gərgin və həyəcanlı vəziyyətdə dörd gözlə ətrafa boylanıram. Pənah müəllimə nə və necə deyəcəyimi dəfələrlə götür-qoy edir, özum özümlə dialoq aparıram. Bu vaxt dəhlizin o başından əynində açıq rəngli qısaqol yay pencəyi, yerişindən ayağında problem olduğu bilinən arıq, bəstəboy nurani bir kişi bizə tərəf gəlir. Bəli özüdür – görkəmli ədəbiyyatşünas-alim, professor Pənah Xəlilov. Televizorda gördüyüm üçün o dəqiqə tanıdım. Pənah müəllimin gəldiyini görən laborant xanım tez otağa keçdi, bir fincan çay gətirib stolun üstünə qoydu, bir dənə də karamel konfet. Rəhmətlik Pənah müəllim mənə çatar – catmaz böyük qayğıkeşlik və nəvazişlə: “buyur oğlum, nə istəyirsən ?”-deyə soruşdu. Ürəyim uçuna – uçuna, qırıq – qırıq cümlələrlə fikrimi izah etdim. Hədsiz həyəcan və təşviş içində olduğumu görən Pənah Xəlilov mənə ürək – dirək verdi. Gəl gedək, -dedi- imtahan hansı auditoriyadadı?
media-607931838_1545033476772519_7257460276260357658_n
-464-cü otaqd, -deyib Pənah müəllimin arxasınca düşdüm. Stolun üstündəki bir fincan çay hələ də buğlanırdı …
Yol boyu vəziyyətimi izah edir, ali təhsil almaq arzusunda olduğumu bildirirdim. Pənah Xəlilov hansı rayondan gəldiyimi, hansı məktəbi bitirdiyimi soruşdu. Şamaxıdan, -dedim.
-Həə, Şamaxıdan,şair və sənətkarlar, dahilər diyarından, – dedi. Yolboyu bir – iki sual da verib cavabımdan razı qaldı. Narahat olma, hər şey yaxşı olacaq, -deyib təskinlik verdi.
Otağa daxil olduq. Pənah müəllim yazılarımı götürüb oxumağa başladı. Oxuduqca başını razılıq və məmnunluq ifadəsi olaraq qaldırıb – endirirdi. Mənim isə beynim uğuldayır, ürəyim qulağımda vururdu. Artıq heç nə eşitmirdim deyə Pənah müəllimin nə dediyini kəsdirə bilmədim. Birdən Qulu Xəlilov uca səslə: -Pənah müəllim deyir ki, çıx qapıda gözlə, – dedi. Çıxıb qapının arxasında dayandım. Auditoriyanın qapısının yuxarı şüşə hissəsi ağ boya ilə rənglənmişdi. O bir – iki dəqiqə ərzində mən nələr çəkdim, nələr yaşadım, bir Allah bilir…
media-608001668_1545033443439189_1244637650922468472_n
Qapı açıldı, rəhmətlik Pənah müəllim əlində tutduğu imtahan vərəqini mənə uzadıb, “səni təbrik edirəm” – dedi . – “Əla qiymət ana südü kimi halal haqqındı. Bizə sizin kimi savadlı gənclər lazımdı,”-deyə əlavə etdi. 5-lər düzülmüş imtahan vərəqini əlimdə tutub bayıra cumdum. Həyətdə qızmar günəş altında gözləyən abituriyent valideynləri “hansı imtahan, neçə aldın ?” – deyib üstümə tökülüşdülər. Orda olan tanimadıgım insanlar imtahan vərəqindəki 5-lərə baxır, “əhsən!” ,”maşallah !” deyib məni alqışlayırdılar…
media-606447683_1545036576772209_8464501941590909994_n
Üç gündən sonra tarix fənnindən sonuncu imtahanı da uğurla verib, 4 aldım. Avqustun 6-dan sonra qəbulun nəticələri məlum oldu. Universitetin həyətində divara vurulmuş lövhədə jurnalistikaya qəbul olunanlar arasında adımı görəndə sevincdən uçmağa qanadım yox idi. Qarşıda şirin, maraqlı və mənalı, həm də bir çox qayğı və çətinliklərlə dolu növbəti mərhələ -tələbəlik illəri dururdu…
ARDI VAR …

media-adspc

Bənzər xəbərlər