media-47038966_2145766559008737_8220594948169269248_n
media-bant_master

ABŞ-ın Arizona ştatında tanınmış iş adamı Maykl Abbati Navajo gözəllik kraliçası olan həyat yoldaşının qətlində ittiham olunur.

ERAmedia xəbər verir ki, bu barədə “People” nəşri yazıb.

Kerri Ann Abbatinin bədənində güllə yaraları olan cəsədinin qalıqları noyabrın 20-də Pinetopdakı evində tapılıb. Müstəntiqlər hesab edirlər ki, Maykl yeddi saat maşınla yol gedərək Kerrini öldürüb və dərhal geri qayıdıb.

Onun evində aparılan axtarış zamanı iş adamının həbsinə səbəb olan dəlillər tapılıb.

Qətldən əvvəl uzun sürən mübahisə baş verdiyi məlum olub. Abbati iddia edir ki, arvadı 2023-cü ilin avqust ayında balıq ovunda olarkən xəbərdarlıq etmədən evi tərk edib.

Cütlük birgə fermalara sahib olduqları üçün boşanma uzanıb.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər