media-f2ef96cf-cfee-4bd8-86d1-f9db5891b19f_678x452
Bahalı səhvlər niyə şirkətlərin yaddaşında qalmır, niyə protokollaşdırılmır?
Şirkətlərdə ən bahalı səhvlər çox vaxt pul itkisindən daha böyük bir itki yaradır: təcrübə itir.
Bir problem baş verir. Zərər yaranır. Komanda onu həll edir. Bir müddət sonra hamı unudur.
Sonra həmin səhv başqa adla, başqa əməkdaşla, başqa formada yenidən baş verir.
Əsl problem səhvin baş verməsi deyil.
Əsl problem şirkətin həmin səhvdən sistemli öyrənməməsidir.
Dünyanın yetkin şirkətlərində uğursuzluqlar yalnız hesabat kimi saxlanılmır. Onlar “lessons learned”, post-mortem, risk register və proses xəritələrinə çevrilir:
— Nə baş verdi?
— Niyə baş verdi?
— Hansı siqnallar əvvəlcədən görünürdü?
— Nə edilməsəydi, bu nəticə yaranmazdı?
— Gələcəkdə bunu hansı qayda, nəzarət və ya qərar mexanizmi əngəlləyəcək?
Beləliklə, dünənin səhvi sabahın qoruyucu mexanizminə çevrilir.
Yeni əməkdaş şirkətə gələndə ona yalnız “iş necə görülür” öyrədilməməlidir.
Ona həm də deyilməlidir:
“Burada əvvəllər bu səhvlər edilib. Bu tələlərə düşmə. Bu siqnalları görsən, dayan və yoxla.”
Bu, sadəcə korporativ yaddaş deyil.
Bu, şirkətin intellektual kapitalıdır.
*NASA — səhvi korporativ yaddaşa çevirən sistem*
NASA-nın rəsmi Lessons Learned Information System (LLIS) bazası var. Orada layihələrdə baş vermiş hadisələr, səbəblər və tövsiyələr sənədləşdirilir. Daha vacibi, NASA bunu sadəcə arxiv kimi saxlamır:
Collect → Record → Disseminate → Apply
Yəni:
topla → sənədləşdir → paylaş → prosesə tətbiq et.
NASA açıq şəkildə bildirir ki, bu dərslər sonradan təlimlərə, best practice-lərə, prosedurlara, checklist-lərə və siyasətlərə inteqrasiya olunur.
Təəssüf ki, Azərbaycanda illərdir müşahidə etdiyimiz problemlərdən biri budur: şirkətlər səhvləri yaşayır, amma onları sistemə çevirmir.
Nəticədə eyni “mina”nın üzərinə fərqli insanlar təkrar-təkrar basırlar.
Güclü şirkət səhvsiz şirkət deyil.
Güclü şirkət eyni səhvə ikinci dəfə pul ödəməyən şirkətdir.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
media-139d5b09-abcd-4437-a4a0-33d867dbd514

media-adspc

Bənzər xəbərlər