III Çarlın saçı satışa çıxarılıb - Foto
Böyük Britaniya kralı III Çarlzın saçı 7995 funt-sterlinqə satışa çıxarılıb.
ERAmedia xəbər verir ki, bu haqda “Need To Know” məlumat yayıb.
Kolleksiyaçılara Britaniya monarxının 1960-cı illərin əvvəllərində kral bərbəri George Crisp tərəfindən kəsildikdən sonra qorunub saxlanılan saçlarını almaq təklif edilib.
Satışı aparan “Paul Fraser Collectables” şirkətinin nümayəndələri taxtda olan monarxın saçının ilk dəfə satışa çıxarıldığını bildiriblər.











