media-1860763-66f42c6a14f34c4ed03e507688536053
media-bant_master

Pakistanın hazırda həbsdə olan keçmiş Baş naziri İmran Xan 17 il müddətinə azadlıqdan məhrum edilib. 

ERAmedia xəbər verir ki, məhkəmə İmran Xanla yanaşı, onun həyat yoldaşı Büşra Bibi barəsində də 17 il həbs qərarı çıxarıb.

Məhkəmə İmran Xanı və Büşra Bibini “etibardan sui-istifadə” maddəsi ilə 10 il, “Korrupsiyanın qarşısının alınması” haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib.

Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib


media-adspc

Bənzər xəbərlər