media-suni-intellekt-3
Süni intellekt inkişaf edir.
Robotlar daha ağıllı olur.
Avtomatlaşdırma artır.
İstehsal sürətlənir.
Amma bir sualı bəzən unuduruq:
Bütün bunları kimin üçün edirik?
Son istehlakçı insandır.
İnsan azalırsa, ailələr gec qurulursa, uşaqların sayı azalırsa, gələcək istehlakçı bazası daralırsa — iqtisadiyyatın uzunmüddətli böyüməsi də başqa bir problemə çevrilir.
Buna görə demoqrafiya sadəcə sosial məsələ deyil.
Bu, iqtisadiyyatın, biznesin və hətta süni intellektin gələcəyi ilə bağlı məsələdir.
Çünki gələcəyin ən böyük sualı bəlkə də:
“Süni intellekt nə qədər ağıllı olacaq?” deyil.
“O ağıllı sistemlərin xidmət edəcəyi nə qədər insan qalacaq?”
İnsan yoxdursa, istehlakçı yoxdur.
İstehlakçı yoxdursa, bazar yoxdur.
Texnologiyanın gələcəyi insanın gələcəyindən ayrı deyil.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
media-763332103_18007590788950218_5794204031531351552_n

media-adspc

Bənzər xəbərlər