media-designed-bonus-system
Bonus sistemi qurmaq 10 dəqiqəlik iş deyil.
Bəzən hər kəs düşünür ki, “maaşa bir bonus əlavə edək, motivasiya artsın”. Əsla.
Bonus — riyaziyyat, psixologiya və strategiyanın kəsişdiyi, çoxsaylı kombinasiyaları olan mürəkkəb idarəetmə mexanizmidir. Yanlış quranda isə bunu çox vaxt sistem işləməyə başlayandan aylar sonra anlayırsan.
Bonus:
1. Çox dərin maddi məsələdir — şirkətin xərci, marjası və gəlirliliyi ilə birbaşa bağlıdır.
2. Çox ciddi psixoloji məsələdir — insanı hansı davranışa təşviq etdiyinizi müəyyən edir.
3. Komanda loyallığı üçün ciddi alətdir — ədalətsiz bonus sistemi ən yaxşı əməkdaşı belə uzaqlaşdıra bilər.
4. Hədəflərə çatmaq üçün strateji mexanizmdir — düzgün KPI-a bağlananda şirkətin strategiyasını gündəlik davranışa çevirir.
Məsələn, Toyota kimi şirkətlərdə performansın qiymətləndirilməsi təkcə fərdi nəticəyə deyil, komanda nəticələrinə və uzunmüddətli davranışlara da bağlanır. Çünki yanlış təşviq sistemi insanları şirkətin məqsədinə yox, bonusun özünə işlədə bilər.
Yaxşı bonus sistemi “çox pul vermək” deyil.
Şirkətin istədiyi nəticəni insanın istədiyi nəticə ilə eyniləşdirməkdir.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
media-baxtiyar

media-adspc

Bənzər xəbərlər