media-990f9d92-22f6-4cb7-aeb9-811b45ad20d9
media-bant_master

İranın İsfahan şəhəri yaxınlığında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

ERAmedia xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Qəzanın təfərrüatlarını İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Müctəba Xalidinin verdiyi bildirilib.

Onun sözlərinə görə, İsfahan–Natanz avtomobil yolunda baş verən qəza zamanı 13 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

İranlı rəsmi əlavə edib ki, xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra onlar təcili tibbi yardım avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Vural


media-adspc

Bənzər xəbərlər