İranlı hakerlər keçmiş baş nazirin şəxsi telefonunu ələ keçiriblər
İranlı hakerlər İsrailin keçmiş baş naziri Naftali Bennetin şəxsi telefonunu kiberhücum ediblər.
ERAmedia xəbər verir ki, bu barədə “Voyennıy obozrevatel” adlı “Teleqram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, telefonun “kontaktlar” bölməsindən 141 əlaqə internetə sızdırılıb. Həmin kontaktların əksəriyyətini yüksək vəzifəli məmurlar, Mossad əməkdaşları və əks-kəşfiyyat nümayəndələri təşkil edir.
Bildirilib ki, Naftali Bennet şəxsi görüşlərini telefonunda qeydə alıb və bu materiallar da artıq ictimaiyyətə açıqlanıb.
Hakerlər həmçinin İsrailin keçmiş hökumət başçısına məxsus şəxsi yazışmaların da yaxın zamanda yayımlanacağını vəd ediblər.
Vural









