media-80320c2f-f4ad-432c-837f-b2ad9b23f213
media-bant_master

İsrailin şimalında baş verən terror aktı nəticəsində iki nəfər həlak olub.

ERAmedia xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində daha 2 nəfər yaralanıb.

İlkin araşdırmalara görə, hücumu törədən İordan çayının qərb sahilindəki Qabatiya qəsəbəsindən olan fələstinlidir. Onun İsrail ərazisinə bir neçə gün əvvəl qeyri-qanuni yollarla daxil olduğu bildirilir. Terrorçunun mülki şəxs tərəfindən atəş açılaraq zərərsizləşdirildiyi qeyd olunub.

Qeyd edək ki, hadisədən dərhal sonra İsrailin müdafiə naziri İsrael Katz ordunun Qabatiya qəsəbəsində əməliyyatlara başlaması barədə göstəriş verib.


media-adspc

Bənzər xəbərlər