Kiyevə məsləhət verənlərin biri də DANIŞDI
“Ukraynanın hazırkı vəziyyətində münaqişəni davam etdirməsi onun sonuna gətirib çıxara bilər”.
ERAmedia xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın “Newsmax” kanalına müsahibədə bildirib.
Onun sözlərinə görə, Rusiya döyüş meydanında uğur qazanır və hərbi münaqişə “rejim lideri Vladimir Zelenskini sülhə razı salmağa inandırana qədər davam edəcək”.
Lukaşenko daha sonra “oyun kartlarını qarışdıran” amerikalı həmkarının sözlərini təkrar edir: “Ən vacib şey qırğını dayandırmaq, ölümlərin qarşısını almaqdır”.
P.S. 4 ilə yaxındır Rusiyanın qəfil hücumu ilə Ukraynada başlatdığı müharibəni öz adı ilə deyil, “münaqişə” adlandırması Lukaşenkonun mövqeyini göstərir.
Ural Dəyirmançı










