media-untitled-design-751765866366-0-640x480
media-bant_master

Braziliyanın cənubundakı Quayba şəhərində Azadlıq Heykəlinin nəhəng bir nüsxəsinin yerə düşdüyü andan görüntülər internetdə yayılıb.

ERAmedia xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, 78 futluq heykəlin (1 fut 0,3048 metrdir) təhlükəli şəkildə əyilib və sonra dayanacağa çırpılıb.

Dünən Braziliyada güclü bir fırtına baş verib və küləyin sürəti saatda 55 milə (1 mil 1.6 km-dir) çatıb. Görüntülərdə heykəl aşarkən maşınların oradan sürətlə uzaqlaşdığı görünür.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Bütün Rio Qrande-du-Sul ştatını viran qoyan fırtınanın ən qızğın vaxtında yerli vaxtla saat 15:00-da Braziliyanın simvoluna çevrilmiş abidə parçalanıb.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər