Lukaşenkonun Qərb ilə növbəti bazarlığı
Belarus hakimiyyəti casusluq, terrorizm və ekstremizmdə ittiham olunan 123 siyasi məhbus üçün əfv elan edib.
ERAmedia xəbər verir ki, bu qərar ABŞ ilə razılaşmalar və ölkəyə qarşı sanksiyaların yumşaldılması ilə bağlı hadisələr fonunda qəbul edilib.
Azad edilənlər arasında Belarus müxalifət lideri Viktor Babarika da var idi. O, 2020-ci il prezident seçkilərində Lukaşenkonun əsas rəqibi hesab olunurdu. Seçkilər zamanı dəstək üçün müxalifətçi 400.000-dən çox imza topladı, lakin nəticədə həbs edildi və namizəd kimi qeydiyyata alınmadı.
Həbsdən azad edilənlər arasında digər müxalifət lideri Mariya Kolesnikova da var.
Ural Dəyirmançı









