media-11f856f1-9949-4180-a793-4f1ee858dcba
media-bant_master

ABŞ-ın Alabama ştatından olan bir qadın mağazadan 28 şüşə şərab oğurladıqdan sonra avtomobili ilə saatda 120 mil sürətlə qaçmağa cəhd edib.

ERAmedia xəbər verir ki, məlumatı WALA platforması yayıb.

22 yaşlı Jalea Denise Vashington supermarketdən bir qutu şərab və bir neçə quzu kotleti oğurlayandan sonra qaçmağa cəhd edib.

Hadisə barədə məlumatlandırılan polis onun avtomobilini müəyyənləşdirib təqib etsə də o, yayınmağa çalışıb.

Vaşinqton, saatda 120 mil sürətlə hərəkətdə olan maşınla magistral yola çıxarkən digər avtomobillə qəza törədib və qəzadan sonra yaranan tıxacda saxlanılıb.

Oğurluq mallar supermarketə qaytarılsa da xanımın daha ağır cinayət işi üzrə axtarışda olduğu aşkarlanıb.

Polis onun bu cür təhlükəli hərəkətlərlə yayınmaq cəhdini bu faktla izah edib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər