Makron genişmiqyaslı hərbi proqramın başladığını elan etdi
Fransada büdcə qeyri-müəyyənliyi və dövlət xərcləri ilə bağlı danışıqların təxirə salınmasına baxmayaraq, genişmiqyaslı hərbi proqramın icrasına başlanması barədə qərar qəbul edilib.
ERAmedia “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, layihə yeni nəsil aviadaşıyıcının inşasını nəzərdə tutur.
Fransa prezidenti Emmanuel Makron ölkənin hərbi-dəniz qüvvələrinin yenilənməsini və milli iqtisadiyyatın dəstəklənməsini hədəfləyən iri müdafiə layihəsinin start verdiyini təsdiqləyib.
Qərar dövlət xərclərinin prioritetləri ətrafında gedən müzakirələr və mürəkkəb büdcə vəziyyəti fonunda qəbul olunub.
“Bu genişmiqyaslı proqramın başlanması ilə bağlı qərar bu həftə qəbul edilib”, – deyə Makron Abu-Dabidə fransız hərbçilər qarşısında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, layihə ölkə iqtisadiyyatını və onun 800 təchizatçısını birbaşa dəstəkləyəcək. Təchizatçıların 80 faizi kiçik və orta müəssisələrdir. Makron qeyd edib ki, bu addım büdcə qeyri-müəyyənliyinə baxmayaraq atılıb.
Söhbət hazırda istismarda olan “Şarl de Qoll” aviadaşıyıcısını əvəz edəcək, PANG kimi tanınan yeni nəsil aviadaşıyıcıdan gedir.
Hərbi qanun layihəsinə əsasən, gəminin istismara verilməsi 2038-ci ilə planlaşdırılır. Proqramın icrasında Naval Group SA daxil olmaqla bir sıra sənaye şirkətləri iştirak edir.
Vural










