media-baxtiyar
Diplomatiyada bu yanaşma gücün və qərarvermənin bir həqiqətini ifadə edir: qərarların qəbulunda iştirak etmirsinizsə, nəticələrini başqaları müəyyənləşdirir.
Biznesdə də eyni prinsip işləyir. Riskləri vaxtında müəyyən etməyən sahibkar bazar dəyişikliklərinin, rəqiblərin qərarlarının, maliyyə böhranlarının və gözlənilməz hadisələrin diktə etdiyi şərtlərlə yaşamağa məcbur qalır.
Riskləri idarə etməyən biznes sahibi qərarların müəllifi olmaqdan çıxıb, başqalarının qərarlarının nəticələrini daşıyan tərəfə çevrilir.
Risklərin idarə edilməsi qorxmaq, fürsətlərdən qaçmaq və ya hər şeyi nəzarətdə saxlamağa çalışmaq deyil. Bu, təhlükələri vaxtında görmək, alternativləri hazırlamaq və hadisələr baş verməmişdən əvvəl qərarvermə imkanını qorumaqdır.
Unutmayaq: böhran zamanı seçim imkanları daralır, hazırlıq dövründə isə seçim imkanları yaradılır.
Sual budur: biznesinizin gələcəyini siz formalaşdırırsınız, yoxsa risklər sizin əvəzinizə qərar verir?
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər