media-86601669_1528747790614138_9044645652960641024_n
Azərbaycanın tanınmış yazıçı-publisisti Mayis Vəliyevin ( Yanardağ) qızı Xatirə Vəliyeva atası ilə təsirli paşyaşım edib.
ERAmedia həmin paylaşımı təqdim edir:
“Soyuq noyabr ayı…. Heç nə düşünmək istəmirəm… Heç kimi eşitmək, dinləmək istəmirəm… Deyirlər günəş hər gün yenidən işıq saçır..
Bəzən buna da şübhə ilə yanaşıram… 2024 cü il 10 noyabr, həyatımın ən acı, əzablı bir günü…. Canım atam bizi sənsizliyə həbs etdiyin gün… Sənsiz yaşadığımız 2 il…
Yenə noyabr ayı…sənsiz keçən ikinci payız, özü də sənin sevdiyin..payızın xəzan vaxtı
.. Əsdi xəzan yeli….deyərdin…bəli o xəzan
yeli səni bizlərdən uzaq bir dünyaya apardı… Nə səsin gəlir, nə də boyun görsənir… Görülüb, duyulan xatirələrindi… Videolarda gülən siman, xoş avazın heç dəyişmir, nə qədər baxsam, nə qədər qulaq assam da, yeni heç nə yoxdur. Təbiətə sənin gözünlə baxmaq istəyirəm…niyə bu ağaclar saçlarını yolur deyirdin… Niyə bulud bu yağışı özündə saxlamır, deyirdin…hamısı nizamlanmış bir əsərdi, deyirdin
.. İndi saatlarca oturub sənin suallarına cavab axtarıram… Səni qane edən cavab varmı, görəsən??
Sənə sormaq istədiyim suallar qəlbimi parçalayır…. Bizi qoyub gedəndə, necə olacağımızı düşünmədinmi?? Sənsiz keçən iki payız bizi səncə üşütmədimi?? Cağırdıq cavabsız qaldıq, gözlədik ümidsiz olduq…. Canım atam, sənsizliyin bizi çox çoooox çoooox sındırdı, üşütdü, bəlkə də dondurdu…. Gülüş yanaqda, söz dodaqda dondu, hər şey adiləşdi, hər sey soyudu, uzaqlaşdı…
Payızdan sonra qışın gəldiyi kimi, səndən də sonra bizim qışımız gəldi, kaşki o payız heç gəlməsəydi…
Hər yerdə öz imzası, öz sözü olan qayğıkeş atam, yerin nurlu, məkanın cənnət olsun, biz olduqca, sən bizim hər anımızda yaşayacaqsan… Nə yaxşı ki, sənli günlərimizin şirin xatirələri var….səni coooooxxxx coooxxx lap coooxxx sevirik….”
Qızın Xatirə Vəliyeva
media-897440035_3693783837443845_2381433561312364639_n
“Elə bilirdim ki, həmişə başımı çiyninə söykəyəcəm…”
Allah rəhmət eləsin!

media-adspc

Bənzər xəbərlər