media-6a2b943af67bd186f7d47739

Türkiyə pop musiqisinin superulduzu Ajda Pekkan 80 yaşında keçmişi ilə bağlı təəccüblü açıqlamalar verib.

ERAmedia xəbər verir ki, gəncliyində atasının onu evlənməyə məcbur etdiyini danışan məşhur sənətçi evlilikdən məhrum edilmə təhlükəsi ilə üzləşdiyini bildirib.

Ajda Pekkan o dövrdə yaşadığı təzyiq səbəbindən intihar etməyə cəhd etdiyini açıqlayıb.

Şəxsi həyatı ilə bağlı sualları cavablandıran superulduz atasının onu evlənməyə məcbur etdiyini və bunun həyatında dərin izlər buraxdığını bildirib. Gənc yaşlarında öz həyatı ilə bağlı qərarlar vermək istədiyini deyən Ajda Pekkan atasının evlənmək israrı ilə üzləşib. Məşhur sənətçi ailəsindən aldığı təzyiqin onu son dərəcə çətin bir nöqtəyə sövq etdiyini bildirib.

Ajda Pekkan atasının evlilik təzyiqindən sonra intihar etməyə cəhd etdiyini açıqlayıb. Həmin anları təsvir edən sənətçi sonradan fikrini dəyişdiyini və cəhdindən imtina etdiyini bildirib. Pekkan gəncliyindəki hadisəni bu sözlərlə təsvir edib:

“Atam “Evlənəcəksən” deyəndə qazı yandırdım, intihar edəcəkdim! Sonra öz-özümə “Niyə onların həyatı üçün intihar edirəm?” deyə düşündüm və qazı söndürdüm. Atam evlənməsəm, məndən imtina edəcəyini dedi. Amma sonradan evlilik yaşadım”.

Vüsalə


media-adspc

Bənzər xəbərlər