media-123123123123-01
media-bant_master

Rusiyada məşhur (“Laskovıy May”)  (“Nəvazişli may”) qrupunun keçmiş prodüseri Andrey Razin ona qarşı cinayət işi başlandıqdan dərhal sonra ölkəni tərk edib.

ERAmedia xəbər verir ki, prodüserə yaxın mənbələr onun ABŞ-a getdiyini deyib.

Razin, şair Sergey Kuznetsovun (“Laskovı May”ın mahnı müəllifi) mahnılarına çatası qonorarı mənimsəməkdə ittiham olunur.

İstintaq müəyyən edib ki, prodüser uzun müddətdir Kuznetsovla saxta müqavilə əsasında işləyib, müqavilədə özünü müəllif hüquqlarının sahibi kimi qeyd edib.

Razin, Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (“Xüsusilə külli miqdarda fırıldaqçılıq”) ilə qiyabi olaraq ittiham olunub, bu da on ilə qədər həbs cəzası deməkdir.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər