media-01m78bc7db62antx6ccyetmntf-medium

Baş rollarında Uraz Kaygılaroğlu, Devrim Özkan, Deniz Can Aktaş və İsmail Hacıoğlunun yer aldığı “Yeraltı” serialının son bölümündə baş verən çəkiliş səhvi tamaşaçıların diqqətindən yayınmayıb.

ERAmedia xəbər verir ki, Mələyin doğum günü münasibətilə ailə üzvlərinin bir araya gəldiyi bölümdə Haydar Ali və Ceylanın hazırladığı sürpriz səhnələri diqqət çəkib. Lakin səhnələr arasındakı bir detal izləyicilərin tənqidinə səbəb olub.

Devrim Özkanın canlandırdığı Ceylan obrazının geyindiyi mini ətəyin altında ilk səhnədə kapron corab olduğu görünüb. Ancaq növbəti səhnəyə keçid zamanı obrazın kapron corab geyinmədiyi məlum olub.

Səhnələr arasındakı bu uyğunsuzluq serialı diqqətlə izləyən tamaşaçıların nəzərindən yayınmayıb.

Davamlılıq xətasını fərq edən izləyicilər çəkiliş heyətini tənqid ediblər. Bəzi tamaşaçılar sosial şəbəkələrdə “İzləyicilərin zəkasına hörmət edin”, “Göz görə-görə montaj fəlakəti”, “Bunu necə fərq etmədiniz?” və “Çox məntiqsiz alınıb” kimi şərhlər yazıblar.


media-adspc

Bənzər xəbərlər