Mətbuat konfransında prezidenti ələ saldılar
Belçikanın Baş naziri iş gününün sonunda Sankt-Peterburqdakı bağ evinə gedəcəyini deyib.
ERAmedia xəbər verir ki, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı Avropa Birliyi sammitinin nəticələrinə həsr olunan mətbuat konfransında bunu söyləyən Bart de Vever orada quracağı karyera barədə də danışıb: “İndi Sankt-Peterburqdakı bağ evimə getməliyəm, orada qonşum Depardye (aktyor) və küçənin o biri tərəfində Əsəd (Suriyanın keçmiş prezidenti) yaşayır. Düşünürəm ki, mən orada ancaq mer ola bilərəm”.
Mətbuat konfransının sonunda Baş nazir jurnalistlərə “bu barədə yazmağı” məsləhət görüb.
Ural Dəyirmançı










