Moskva məhkəməsində hüquqi NİHİLİZM nümunəsi
Moskva məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) doqquz məmuruna qiyabi olaraq 3,5 ildən 15 ilə qədər həbs cəzası barədə qərar verib.
BCM prokuroru Kərim Xan 15 il müddətinə azadlıqdan məhrum edilib, ilk doqquz ili həbsxanada, qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb. Rusiya İstintaq Komitəsi Rusiya vətəndaşlarını qanunsuz təqib etməklə Rusiya qanunlarını pozmaqda ittiham olunan məhkəmə məmurları ilə bağlı istintaqının başa çatdığını elan edib. İttihamlar 299-cu maddənin 2-ci hissəsi, 301-ci maddənin 2-ci hissəsi, 30-cu maddənin 1-ci hissəsi və 30-cu maddənin 2-ci hissəsi ilə bağlıdır.
Xandan əlavə, hakimlər Tomoko Akane, Rosario Salvatore Aitala, Sergio Gerardo Ugalde Godinez, Haykel Ben Mahfoud, eləcə də BCM prezidenti Pyotr Jozef Hofmanski və onun müavinlərinə qarşı Rusiya Cinayət Məcəlləsinin 360-cı maddəsi ilə ittihamlar irəli sürülüb.
Onlar beynəlxalq axtarışa veriliblər.
İstintaq Komitəsi bu işdə hansı Rusiya vətəndaşlarının iştirak etdiyini dəqiqləşdirməsə də, 2023-cü ilin mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Prezidentin Uşaq Hüquqları üzrə Komissarı Mariya Lvova-Belova üçün “uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə” ittiham olunaraq həbs qərarı verib.









