media-image_750x_6152d5e40f30d
media-bant_master

Ermənistan Respublikası İstintaq Komitəsinin Xüsusi Ağır İşlərin İstintaqı Baş İdarəsinin Kibercinayətkarlıq və Yüksək Texnologiyalar Cinayətləri Departamenti tərəfindən başlanan cinayət işinin ibtidai istintaqı zamanı bir şəxsin kompüter fırıldaqçılığı və çirkli pulların yuyulması törətdiyini göstərən dəlillər əldə edilib.

ERAmedia xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat verib.

İstintaq Komitəsinin məlumatında daha sonra qeyd olunur: “24 iyun 2021-ci ildən 15 noyabr 2022-ci ilə qədər M.A. cinayət yolu ilə pul əldə etmək məqsədi ilə müxtəlif veb saytlarda qeydiyyatdan keçmiş oyun və ödəniş hesablarına qanunsuz daxil olub. Kompüterə məlumat daxil etməklə o, şəxslərin oyun hesablarından və onlara bağlı bank kartlarından ümumilikdə 3.398.350 dram (8908 dollar) oğurlayıb”.

Daha sonra M.A.-nın oğurlanmış vəsaitləri müxtəlif veb saytlarda digər şəxslərin adına qeydiyyatdan keçirdiyi və effektiv şəkildə idarə etdiyi oyun və elektron cüzdanlara köçürərək, onu idarə etmək imkanı qazanıb. Bundan əlavə, cinayət yolu ilə əldə edilən vəsaitlərin mənbəyini və əsl mahiyyətini gizlətmək üçün M.A. mürəkkəb cinayətkar sxemlərdən istifadə edərək, yeni hesaba daxil olan vəsaitləri mərc oyunlarından qazanc kimi təqdim edərək və pulları mərc oyunları və nağd pul çıxarışları vasitəsilə yuyaraq, idarə etdiyi hesablardan bir sıra şəxslərə məxsus digər hesablara vəsait köçürüb.

M.A.-ya qarşı Cinayət Məcəlləsinin 257-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (iri miqyaslı kompüter oğurluğu) və 296-cı maddəsi- çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər