Orbanın bədbin PROQNOZU
Avropa İttifaqı hazırda parçalanma vəziyyətindədir, çünki Brüsseldə qəbul edilən bəzi qərarlar ayrı-ayrı üzv dövlətlər tərəfindən yerinə yetirilmir.
ERAmedia xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu bədbin proqnozu “Magyar Nemzet” qəzetinə müsahibəsində səsləndirib.
“Avropa İttifaqı hazırda parçalanma vəziyyətindədir. Brüssel bürokratiyasının imperiya ambisiyalarının güclənməsi ilə üst-üstə düşən dağılma prosesi gedir. Birlik belə parçalanır: qərarlar Brüsseldə qəbul edilir, lakin onlar yerinə yetirilmir. Əvvəlcə bir ölkə onları yerinə yetirmir, sonra iki, sonra üç ölkə. Mərkəzləşdirilmiş hakimiyyəti gücləndirmək istəyinə baxmayaraq, qərar qəbul edənlər daim geri çəkilməyə məcbur olurlar”- deyə, o vurğulayıb.
Orbanın sözlərinə görə, Aİ “dövlətlərin suverenliyini daim məhdudlaşdırır”, lakin “səlahiyyətlərini həyata keçirə bilmir”.
Daha sonra Baş nazir “Brüsseldə xaosun hökm sürdüyünü”, “sürətli və dərin yenidənqurma” olmadığı təqdirdə, “parçalanma prosesinin geriyə dönüşün olmayacağı bir nöqtəyə çatacağı”qənaətini dilə gətirib.
Ural Dəyirmançı









