media-17945515294409720876_1200x630

Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsində sərnişin mikroavtobusunun çaya düşməsi nəticəsində 11 nəfər həlak olub, 2 nəfər yaralanıb.

ERAmedia Sinxuaya istinadla xəbər verir ki, hadisə Gilgit şəhərindən Ghizer rayonuna hərəkət edən mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər