Papa Ukraynaya 100 min sayda hazır şorba göndərib
Roma Papası XIV Leo Ukraynaya 100 min porsiya hazır şorbadan ibarət üç yük maşını humanitar yardım göndərib.
ERAmedia xəbər verir ki, bu barədə Vatikandan məlumat verilib.
“Bir az su əlavə edildikdə toyuq və tərəvəz şorbalarına çevrilən yüz min paket”, – məlumatda qeyd olunub./Axar.az









