media-59d69304773ce04255fa948bb1d9e13d
media-bant_master

Ermənistan tərəfi Qarabağa nail olmaq üçün çox səy göstərdi, yekunda “gözləri açıldı”.

ERAmedia bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirərək filirlərini davam etdirib: “Bu, bizim bu ideyaya nə qədər sadiq olduğumuzu nümayiş etdirirdi. Qarabağ üçün çox səy göstərdik, amma yol boyu gözlərimiz açılıb. Əvvəllər anlamadığımız bir çox şeyi anladıq. Anlamalıyıq: davamlı faciələrə, döyüşlərə, qırğınlara və soyqırımlara səbəb olan nəyi səhv edirik?”.

Baş nazir Ermənistan sakinlərinin böyük əksəriyyətinin bu gün, həqiqətən də, həlak olanların həyatı bahasına taleyini dəyişdirmək şansı əldə etdiyini, sülhün bərqərar olduğunu, Qarabağ məsələsi həll edildiyini, bütün məsələlərin – Azərbaycan, Ermənistan, regional, nəqliyyat yolları və sərhəd demarkasiyasının həll olunduğunu xatırladıb, gələcəkdə bu halların təkrarlanmaması üçün bir yol qaldığını dilə gətirib: “Qalan tək şey bu qərarlar çərçivəsində hərəkət etmək, təxribatlara uymamaq və təxribatçı ritorika yaymamaqdır”.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər