Paytaxtın bir rayonu işıqsız qalıb
Yerevanın Erebuni inzibati rayon sakinləri dünəndən bəri elektriksiz qalıb.
ERAmedia yerli xəbər platformalarına istinadla xəbər verir ki, paytaxtda aramsız yağan qardan sonra sakinlər elektrik və istiliksiz qalıblar.
Bundan əvvəl Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti 28 dekabrda saat 00:12-də Nubaraşen yolundan Erebuni Muzeyinə aparan magistral yolda elektrik yarımstansiyasında yanğın baş verdiyini bildirmişdi.
Yanğın saat 00:53-də lokallaşdırılıb və saat 01:20-də söndürülüb. Yarımstansiyanın 200 kvadratmetrlik ərazisi qismən yanıb.
Ural Dəyirmançı









