Prezident ona “sülh və rifah” arzuladı
Rusiya Prezidenti Vladimir Putin Venesuela lideri Nikolas Maduronu Milad və Yeni il münasibətilə təbrik edib.
ERAmedia xəbər verir ki, o məktubu Venesuela xarici işlər naziri İvan Hil Telegram-da paylaşıb.
Məktub bu sözlərlə başlayır: “Zati-aliləri, cənab Prezident, əziz Nikolas! Sizi Milad və Yeni il münasibətilə ürəkdən təbrik edirəm”.
Rusiya lideri “misli görünməmiş xarici təzyiq” qarşısında Venesuela xalqı ilə həmrəyliyini bir daha təsdiqləyib, ikitərəfli və beynəlxalq məsələlərdə Karakasla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirilib. Daha sonra son dörd ildə özünü “sülh göyərçini” kimi təqdim edən Putin Venesuela vətəndaşlarına sülh və rifah arzulayaraq, şəxsən Nikolas Maduroya cansağlığı, xoşbəxtlik və dövlət vəzifələrində uğurlar arzulayıb.
Bundan əvvəl isə “The Wall Street Journal” qəzeti ABŞ-ın Venesuelaya gözlənilən işğalı gözləməklə Karib dənizi bölgəsinə əhəmiyyətli xüsusi təyinatlı qüvvələr göndərdiyini bildirmişdi.
Qısa müddət sonra ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkotik kartelləri ilə mübarizə aparmaq üçün quru əməliyyatı elan etdi.
Ural Dəyirmançı










