Putin Solovyovu mükafatlandırıb
Rusiya Prezidenti Vladimir Putin teleaparıcı və jurnalist Vladimir Solovyova dövlət mükafatı təqdim edib.
ERAmedia xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Solovyov III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Mükafatlandırma mərasimi Kremlin Yekaterina zalında baş tutub.









