Putin Ukraynanın oktyabrdakı itkilərindən danışıb
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin oktyabr ayına olan itkilərinin sayını açıqlayıb.
ERAmedia Kremlin teleqram kanalına istinadən xəbər verir ki, bu haqda Bişkekdə səfərdə olan Rusiya lideri mətbuat konfransında danışıb.
“Oktyabrda, mənim fikrimcə, Ukrayna Silahlı Qüvvələrində 47 mindən çox itki olub” , – Rusiya dövlət başçısı bildirib.










