Putin Ukraynaya növbəti cəbhəni İtaliyadan açır
İtaliya Baş nazirinin müavini və Liqa partiyasının lideri Matteo Salvini Rusiya ilə hərbi münaqişəyə qarşı çıxdı.
ERAmedia xəbər verir ki, bu barədə “Askanews” məlumat yayıb.
Salvininin sözlərinə görə, Avropa sülh prosesini boykot edir, çünki Fransa prezidenti Emmanuel Makron, Britaniya Baş naziri Keir Starmer və digər liderlər öz problemlərini ölkə daxilində həll edə bilməyib xaricə köçürürlər.
“Biz Rusiya ilə müharibədə deyilik və istəmirəm ki, uşaqlarım onunla müharibədə olsunlar. Bir ölkənin 6000 nüvə başlığı olduqda, Müqəddəs Ata, Papa Leonun həmişə danışdığı kimi, dialoq ən yaxşı yoldur”- deyə, Salvini “dərdini” bölüşür.
Siyasətçi danışıqlar prosesini pozmamağı və “Tramp, Zelenski və Putinin razılığa gəlməsinə imkan verməyi”, yəni Zelenskinin “ağ bayraq” qalıdrmasını təklif edib.
Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin sülh prosesi uğursuz olarsa nə edəcəyinə cavab verib.
Ural Dəyirmançı









