Putin və Zelenski arasında teledon danışığı mümkündür
“Fox News” “müzakirələrin içində olan” mənbəyə istinadən bildirib ki, ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında danışıqlar Ukrayna liderinin Rusiya prezidenti Vladimir Putinlə beş ildən çox müddətdə ilk dəfə telefonla da olsa, söhbətinə səbəb ola bilər.
Zelenskinin adətən bu cür danışıqlara diqqətlə hazırlaşır, Ukraynanın xarici siyasət qurumları tərəfindən hazırlanmış materialları ətraflı öyrənən Ukrayna lideri istənilən fors-major hadisəyə və müzakirəyə hazır olduğunu qeyd edərək, ERAmedia xəbər verir ki, Putin və Zelenski sonuncu dəfə 26 iyul 2020-ci ildə telefonla danışıblar. Kremlin məlumatına görə, söhbət Kiyevin təşəbbüsü ilə baş tutub və tərəflər Ukrayna daxili böhranının həllinin müxtəlif aspektlərini ətraflı müzakirə ediblər.
Dekabr ayının 29-da Donald Tramp və Vladimir Zelenski Floridada, ABŞ prezident iqamətgahı olan Mar-a-Laqoda danışıqlar aparıblar. Görüşdən sonra tərəflər Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün mümkün razılaşma ilə bağlı mövqelərində əhəmiyyətli dərəcədə yaxınlaşma elan etdilər. Eyni zamanda, onlar nizamlamanın əsas parametrlərinin, ilk növbədə ərazi məsələsinin və Donbasın gələcəyinin hələ də həll olunmadığını etiraf ediblər. Tramp qeyd ediblər ki, bir neçə həftə ərzində danışıqların konkret razılaşmalara nail olmaq iqtidarında olub-olmadığı aydın olacaq.
Ural Dəyirmançı









