Qəfəsdən qaçan canavar tutulub
Tokionun Tama zooparkının işçiləri qəfəsdən qaçan canavarı tutublar.
ERAmedia xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Daha əvvəl zooparkın rəhbərliyi canavarlardan birinin qəfəsdən qaçması səbəbindən bütün ziyarətçiləri təxliyə etmək və fəaliyyəti dayandırmaq məcburiyyətində qalıb.
Heyvanın qəfəsdən necə qaça bildiyi haqqında məlumat verilmir.










