media-image_940x_6af55ad4a216e

Türkiyə futbolunda dünya miqyasında böyük səs-küy yaradacaq transfer iddiası ortaya atılıb. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldonun qış transfer pəncərəsində “Fənərbaxça”ya keçə biləcəyi iddia olunur.

ERAmedia xəbər verir ki, portuqaliyalı ulduzun Türkiyəyə gətirilməsi üçün klubun bəzi nüfuzlu şəxslərinin hərəkətə keçə biləcəyi bildirilir. Transferin reallaşması üçün Hakan Safinin Ronaldonu razı salmağa çalışacağı və sponsorluğu üzərinə götürə biləcəyi iddia edilir.

Ronaldonu “Fənərbaxça”ya kim gətirəcək?

Transfer ssenarisində Hakan Safiyə xüsusi rol verilir. Onun Ronaldo ilə yaxın dost olduğu və portuqaliyalı futbolçunu “Fənərbaxça”ya keçməyə razı sala biləcəyi bildirilir. Bundan başqa, Əli Koç və Hamdi Çobani Ulukayanın da transfer üçün maliyyə dəstəyi göstərə biləcəyi iddia olunur. Əziz Yıldırımın isə qızı Yazın sevimli futbolçusu olan Ronaldonu “Fənərbaxça” forması ilə görmək istədiyi qeyd edilir. Lakin adıçəkilən şəxslərdən transferlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Yağız Sabuncuoğlundan diqqətçəkən açıqlama

Jurnalist Yağız Sabuncuoğlu da Kriştiano Ronaldonun Türkiyəyə mümkün transferi ilə bağlı maraqlı məlumat paylaşıb. O, “Kafa Sports”un efirində bir vasitəçi menecerin Ronaldonun Türkiyəyə keçmək ehtimalını araşdırdığını bildirib: “Bir vasitəçi menecer Kriştiano Ronaldonun Türkiyəyə transferinin mümkün olub-olmadığını yoxlayıb”.

Bu açıqlama transfer ehtimalını yenidən gündəmə gətirsə də, “Fənərbaxça”nın Ronaldo üçün rəsmi təklif hazırladığı təsdiqlənməyib.

50 milyon avroluq maaş iddiası

Mümkün transferin maliyyə tərəfi də diqqət çəkir. Ronaldonun illik maaşının təxminən 50 milyon avro ola biləcəyi bildirilir. Portuqaliyalı ulduzun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir. Buna görə də onun yanvarda azad agent kimi komandadan ayrılması üçün Səudiyyə klubu ilə razılığa gəlməsi və ya müqavilənin vaxtından əvvəl dayandırılması lazımdır.

1000-ci qolunu “Fənərbaxça”da vura bilər?

Transfer iddiasının ən maraqlı tərəflərindən biri Ronaldonun karyerasında 1000-ci qolunu “Fənərbaxça” forması ilə vura biləcəyi ehtimalıdır. 41 yaşlı futbolçunun karyerasında bu tarixi göstəriciyə çatmaq istəyi də mümkün transfer ssenarisində ön plana çıxarılır.

Qeyd edək ki, Ronaldonun “Fənərbaxça”ya keçidi ilə bağlı nə klub, nə də futbolçunun nümayəndələri tərəfindən rəsmi açıqlama verilib.


media-adspc

Bənzər xəbərlər