media-1657960318_bophotos_205520_2
media-bant_master

Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Andrey Svintsov “YouTube” platformasının Rusiyada 6–12 ay ərzində tamamilə fəaliyyətini dayandıra biləcəyini bildirib.

ERAmedia globalinfo.az-a istinadən xəbər veriur ki, o, bu barədə Abzats nəşrinə açıqlamasında məlumat verib. Deputatın sözlərinə görə, bu qərar video hostinq xidmətinin Rusiya qanunvericiliyinin tələblərinə sistemli şəkildə əməl etməməsi ilə bağlıdır.

Svintsov qeyd edib ki, hazırda “YouTube”da fəaliyyət göstərən bloqçular məzmunlarını alternativ platformalara köçürməlidirlər.

O əlavə edib ki, Rusiya media məhsulları əsasən yerli rəqəmsal platformalarda təbliğ olunmalı və inkişaf etdirilməlidir.

Xatırladaq ki, bu ilin iyun ayında Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski “YouTube”un Rusiyada bloklanmasının planlaşdırılmadığını açıqlamışdı.


media-adspc

Bənzər xəbərlər