media-3ca4037f-90a5-4877-9cd8-16e33ae52924
media-bant_master

Son yağışlardan sonra quraqlıq problemi həll olunmayıb, suyu qənaətlə istifadə etmək lazımdır.

ERAmedia İran mediasına istinadən xəbər verir ki, bunu Tehranın qubernatoru Mohammad Sadek Motamedian deyib.

Onun sözlərinə görə, Tehran vilayəti altıncı quraqlıq ilini yaşayır. “Hazırda Tehrandakı dörd bənd təxminən üç faiz su ilə dolub. Halbuki içməli suyun 70 faizi yeraltı təbəqələrdən, 30 faizi isə bəndlərdən alınır”, – Tehranın qubernatoru bildirib.

Qeyd edək ki, İranın paytaxtı Tehranı su ilə təmin edən anbarlarda su ehtiyatları azalır.


media-adspc

Bənzər xəbərlər