media-1765619971_b0ec0448-f09c-4aaa-be19-c37e3ee02887_1765608121740_fpx7wg6b
media-bant_master

Azərbaycan, Türkiyə və Gürcüstan tezliklə tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcəklər.

ERAmedia xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ölkənin Birinci kanalının efirində bildirib.

Onun sözlərinə görə, layihə həm Gürcüstan, həm də region üçün çox vacib rol oynayacaq.

“Düşünürəm ki, çox tezliklə bütün region – Azərbaycan, Türkiyə və Gürcüstan həm ölkəmiz, həm də region üçün çox vacib rol oynayacaq tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcəklər. Bu layihənin möhtəşəm açılışı çox tezliklə baş tutacaq”, – Kvrivişvili bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolu əsasən yükdaşımalar üçün istifadə olunur.


media-adspc

Bənzər xəbərlər