Trabzonspor” – “Beşiktaş” 3:3
Türkiyə Super Liqasında XVI tura start verilib.
ERAmedia xəbər verir ki, günün ilk matçında “Qaziantepspor” öz meydanında “Göztəpə” ilə qarşılaşıb.
Oyun qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Turun mərkəzi matçı isə Trabzonda baş tutub. Şəhərin eyniadlı komandası evdə “Beşiktaş”la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Qonaqların heyətində El Bilal Ture 38-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Türkiyə Super Liqası
XVI tur
15:30. “Qaziantepspor” – “Göztəpə” – 0:1
18:00. “Karagümrük” – “Kocaelispor” – 1:1
21:00. “Samsunspor” – “Başakşəhər” – 0:2
21:00. “Trabzonspor” – “Beşiktaş” – 3:3










