Tramp ətrafındakı həlqə daralır
Ceffri Epşteyn işi ilə bağlı sənədlər ABŞ prezidenti Donald Trampa qarşı təcavüz iddiasını ortaya çıxarıb.
ERAmedia xəbər verir ki, bu barədə “Time”ın əldə etdiyi sənədlər əsasında hazırlanmış yazıda bildirilir: “Yeni açıqlanan materiallar arasında Trampa qarşı təcavüz iddiasını ehtiva edən 2020-ci ilin oktyabr ayına aid FTB sənədi də var. Sənəddə iddiaların mənbələri göstərilmir, çünki adlar və digər şəxsiyyəti müəyyən edən məlumatlar silinib”.
Sənəddə adı gizli saxlanılan limuzin sürücüsünün 1995-ci ildə Trampı hava limanına apararkən onunla bağlı “çox narahatedici” telefon danışığını təsvir etdiyi qeyd olunur. Sənədə görə, Tramp söhbət zamanı dəfələrlə “Ceffri” adını çəkib və “hansısa qıza təcavüz etməkdən” bəhs edib.
Sənəddə həmçinin adı açıqlanmayan şəxslərdən birinin Trampa istinad edərək “ona təcavüz etdiyini” və “Donald Trampın onu Ceffri Epşteynlə birlikdə təcavüz etdiyini” bildirdiyi qeyd olunur.
Əvvəllər Trampın əvvəllər iddia etdiyindən “daha tez-tez” Epşteynin biznes təyyarəsində uçduğu və bir dəfə onun 20 yaşlı bir qadının müşayiət etdiyi məlum olmuşdu.
Ural Dəyirmançı









