media-5881943f40be466fb30e9223431f8a6c
media-bant_master

ABŞ prezidenti Donald Tramp sülh üçün zəruri olacağı təqdirdə Ukraynaya səfər edə biləcəyini bildirib.

ERAmedia xəbər verir ki, o, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə Mar-a-Laqoda keçirilən danışıqlardan sonra təşkil olunan birgə mətbuat konfransında danışıb.

Xüsusilə jurnalistlər Trampdan sülhə nail olunmasına kömək etmək məqsədilə Ukraynaya getməyə hazır olub-olmadığını soruşublar.

“Razılaşma əldə etmək istərdim və bunun üçün mütləq getməyim vacib deyil… Amma əgər bu, ayda 25 min insanın həyatını xilas edərsə və ya başqa bir şəkildə kömək edərsə, bunu etməyə tam hazır olaram”, – deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, Donald Tramp indiyədək Ukraynada olmayıb. O, nə 2017–2021-ci illərdəki ilk prezidentlik dövründə, nə də hazırkı prezidentlik müddətində bu ölkəyə səfər edib.

Onun sələfi Co Bayden isə 20 fevral 2023-cü ildə, genişmiqyaslı müharibə dövründə Kiyevə əvvəlcədən elan olunmayan səfər həyata keçirib. Bundan əvvəl Bayden 2009–2017-ci illərdə vitse-prezident vəzifəsində çalışarkən Ukraynaya 6 dəfə səfər etmişdi.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər