media-donald-trump-13-rt-gmh-251229_1767035022927_hpmain_16x9

ABŞ prezidenti Donald Tramp İranın raket və nüvə proqramı ilə bağlı fəaliyyətini davam etdirəcəyi təqdirdə İsrailin bu ölkəyə qarşı yeni zərbələrini dəstəkləməyə hazır olduğunu bəyan edib.

ERAmedia xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Vaşinqtonda bildirilib ki, Tehranın İranın nüvə və raket proqramları ətrafında atacağı mümkün növbəti addımlar İsrail tərəfindən ABŞ-ın dəstəyi ilə sərt hərbi cavaba səbəb ola bilər.

Donald Trampın bu açıqlaması İsrailin Bbaş naziri Benyamin Netanyahu ilə keçiriləcək danışıqlar ərəfəsində səsləndirilib.

“Eşidirəm ki, İran nüvə proqramını bərpa etməyə çalışır. Əgər bunu etsələr, biz onu məhv etməli olacağıq”, – deyə Tramp bildirib və əlavə edib: “Biz onları məhv edəcəyik. Biz onları məhv edəcəyik. Amma ümid edirəm ki, buna ehtiyac qalmayacaq”.

Ağ Ev rəhbəri qeyd edib ki, yeni hücumlar üçün əsas səbəb İranın silahlanma sahəsində atacağı növbəti addımlar ola bilər.

“Əgər onlar raket proqramını davam etdirsələr? Bəli. Bəs nüvə silahı ilə bağlı addımlar atsalar? Çox tez. Yaxşı, o zaman bunu qeyd-şərtsiz edəcəyik. Əks halda isə dərhal hərəkətə keçəcəyik”, – ABŞ prezidenti vurğulayıb.

Məlumata görə, İsrail mümkün təkrar zərbələrin ssenariləri barədə Amerika tərəfini məlumatlandırmağı planlaşdırır.

Təl-Əvivdə İranın iyun ayında ABŞ zərbələri nəticəsində zədələnmiş uranın zənginləşdirilməsi obyektlərini bərpa etməyə başladığından narahatlıq ifadə olunur.

Bununla yanaşı, İsrail hakimiyyəti İranın ballistik raket istehsalını yenidən bərpa etmək və hava hücumundan müdafiə sisteminin elementlərini təmir etmək cəhdlərini daha ciddi təhlükə kimi qiymətləndirir.


media-adspc

Bənzər xəbərlər