media-1531836281983537250_1200x630
media-bant_master

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

ERAmedia Türkiyənin Milli Müdafiə Nazirliyə istinadən xəbər verir ki, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb.

Nazirliyinin açıqlamasında qeyd olunur ki, sözü gedən dronun nəzarətdən çıxdığı müəyyən olunub.

Arzuolunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurularaq endirilib.


media-adspc

Bənzər xəbərlər