Üç ölkənin separatçı MÖVQEYİ
Macarıstan, Çexiya və Slovakiya 2026-2027-ci illərdə Avropa Birliyinin (AB) Ukraynanı 90 milyard avroluq sıfır faizli maliyyələşdirməsi proqramından rəsmən imtina edib.
ERAmedia xəbər verir ki, Birlik, bununla bağlı verdiyi bəyanatda buna “Ukrayna üçün kredit zəmanəti kimi AB büdcəsi üçün maliyyə resurslarının səfərbər edilməsi Çexiya, Macarıstan və Slovakiyanın maliyyə öhdəliklərinə heç bir təsir göstərməyəcək”- deyə, cavab veerib.
Macarıstan və Slovakiya öz növbələrində bəyanatı imzalamaqdan imtina edib. Sənədin son abzasında Sammitin Ukrayna ilə bağlı bəyanatının “AB-nin 27 ölkəsindən 25-i tərəfindən qəti şəkildə dəstəkləndiyi” ifadə olunub.
Daha əvvəl bildirilirdi ki, AB-nin Belçikanı dondurulmuş Rusiya aktivlərinin sonradan Ukraynaya “təzminat krediti” kimi köçürülməsi üçün müsadirə planını təsdiqləməyə inandırmaq cəhdləri uğursuz olub.
Ural Dəyirmançı










