media-idl_0712
media-bant_master

14 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Rusiyaya 235 dronla hücum edib. Dronlar Rusiyanın 14 bölgəsində vurulub. Uryupinskdə vurulan PUA qalıqları neft anbarında yanğına səbəb olub.

ERAmedia xəbər verir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov yanan neft anbarı yaxınlıqdakı sakinlərin təxliyə edildiyini açıqlayıb.

“Bu gecə Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə bölmələri Volqoqrad vilayəti ərazisində pilotsuz uçuş aparatlarının terror hücumunu dəf etdi. Uryupinskdə PUA-nın qalıqları nəticəsində neft anbarında yanğın başlayıb”- deyə, qubernator bildirib.

Vilayət qubernatorunun sözlərinə görə, dronun hücumu nəticəsində heç kim xəsarət almayıb.

Boçarov, “Yanğınsöndürənlər, təcili yardım xidmətləri və bələdiyyə rəsmiləri hadisə yerində işləyirlər. Neft anbarına bitişik evlərin sakinləri təxliyə olunur və Uryupinskaya Otel Bələdiyyə Unitar Müəssisəsində müvəqqəti təcili yardım mərkəzi yaradılıb”-deyə, əlavə edib.

“Ostorogno Novosti” Telegram kanalı şəhər sakinlərinin bir neçə partlayış səsi eşitdiklərini, ardınca isə yanğın baş verdiyi xəbərini yayıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər