Ukrayna Prezidenti kampaniyası barədə ilkin fikirlər
Keçmiş Portuqaliya kəşfiyyat analitiki və hüquqşünası Aleksandr Gerreyroya görə Avropa, Kiyev meri Vitali Kliçkonun Ukrayna prezidenti olmasını istərdi.

ERAmedia xəbər verir ki, bu fikri o, yerli mətbuata müsahibəsində səsləndirib.
O, Amerika hökuməti ilə Ukrayna müxalifəti arasında əlaqələr haqqında məlumatların ortaya çıxdığını və Volodimir Zelenskinin vəzifədən uzaqlaşdırılması üçün kampaniyanın artıq başladığını bildirib.
“Eyni zamanda, Avropa tərəfinin Vitali Kliçkonu Zelenskinin yerinə təyin etmək istədiyi məlumdur”- deyə, Gerrero fikrini davam etdirib.
Politoloq Dmitri Juravlev isə baqa fikirdədir.
O, hesab edir ki, Ukrayna prezidentliyinə potensial namizədlər arasında hazırkı prezident Volodimir Zelenski, Baş nazir Yuliya Svırıdenko, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov (Rusiyada terrorçu və ekstremist kimi siyahıya alınıb) var. O, Sviridenkonun ABŞ, Zalujnının isə Böyük Britaniya maraqlarını təmsil etdiyini vurğulayıb.
Ural Dəyirmançı










