media-ali-rada-2
media-bant_master

Ukraynada parlamentarilər rus dilindən istifadənin daha da məhdudlaşdırılmasına yönəlmiş qanun layihəsi hazırlayırlar.

ERAmedia xəbər verir ki, Ali Rada rus dilinin bütün sahələrdə istifadəsini minimuma endirmək istəyir. Deputatlar hökumətdən bununla bağlı qanunvericiliyi sərtləşdirməyi xahiş edirlər.

Nazirlər Kabinetinə tövsiyə olunub ki, Ukrayna dili məkanının mühafizəsinin gücləndirilməsinə və rus dilinin istifadəsinin qarşısının alınmasına yönəlmiş qanun layihələri hazırlayıb Radaya təqdim etsin.

Radanın saytında dərc edilmiş bəyanatda deyilir ki, qanun layihəsi Ukrayna media məkanında rusdilli materialların müəyyən edilməsi və bloklanması texnologiyalarının tətbiqini nəzərdə tutur. Bundan əlavə, ailələrdə və uşaqların tərbiyəsində Ukrayna dilinin ünsiyyət dili olmasını nəzərdə tutan siyasətin tətbiqi, həmçinin dil siyasətinin pozulmasına görə cəzalar təklif olunur.

Təklif edilən yeniliklərin bir hissəsi isə biznes və hüquq sferasına aiddir.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər