media-whatsapp-image-2026-09-01-at-11-43-14

Son zamanlar “WhatsApp” vasitəsilə ayrı-ayrı şəxslərin adından istifadə edilməklə dələduzluq məqsədli mesajlar göndərilir.

ERAmedia-nın məlumatına görə, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bu barədə xəbərdarlıq edərək bildirib ki, bəzi dostları onun adından da saxta mesajlar aldıqlarını bildiriblər.

O qeyd edib ki, həmin mesajların onunla heç bir əlaqəsi yoxdur. Dələduzlar guya telefon nömrəsinin dəyişdirildiyini bildirərək yeni nömrə vasitəsilə onun adından müxtəlif məzmunlu müraciətlər ünvanlayırlar.

Osman Gündüz vətəndaşları bu cür hallara qarşı diqqətli olmağa çağırıb. Bildirib ki, onun adından pul köçürülməsi, bank kartı məlumatları və digər şəxsi bilgilər tələb edilərsə, yaxud hər hansı əməkdaşlıq təklifi irəli sürülərsə, heç bir halda bu müraciətlərə etibar etmək olmaz.

O, belə mesajlar alan şəxslərə heç bir məlumat paylaşmamağı, pul köçürməməyi və şübhəli keçidlərə daxil olmamağı tövsiyə edib.

Multimedia Mərkəzinin direktoru saxta mesajlarla qarşılaşan şəxsləri dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə, həmçinin həmin hesab və telefon nömrələrini “WhatsApp” üzərindən şikayət etməyə çağırıb.

Vural


media-adspc

Bənzər xəbərlər