Xankəndi stadionunda ilk rəsmi oyun keçiriləcək
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.
ERAmedia xəbər verir ki, noyabrın 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
“Xankəndi” klubu sonrakı ev oyunlarını da bu stadionda keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.










