XİN o layihə barədə məlumat yayıb
Ermənistan Xarici İşlər Nazirliyi tikintinin başlanması da daxil olmaqla, Tramp Marşrutu Layihəsinin (TRIPP) praktiki icra mərhələsi 2026-cı ilə planlaşdırılır.
ERAmedia xəbər verir ki, bunu XİN, “Sputnik Armenia”nın yazılı sorğusuna cavabında bildirib.
Yazıda, həmçinin Ermənistanın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsinin hüquqi çərçivədə tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə amerikalı tərəfdaşları ilə intensiv danışıqlar apardığını açıqlayıb.
XİN Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP Company-nin Ermənistanda qeydiyyatdan keçəcəyini və dəmir yolları və avtomobil yolları, neft-qaz boru kəmərləri və fiber-optik rabitə xətləri daxil olmaqla zəruri infrastrukturun inkişaf etdirilməsinə səlahiyyət veriləcəyini bildirib.
Ural Dəyirmançı









